Qazi jurnalist Rəşad Baxşəliyev vəfat etdi

"Azərbaycan" qəzetinin şöbə müdiri, Vətən müharibəsinin iştirakçısı olan tanınmış jurnalist Rəşad Baxşəliyev 48 yaşında vəfat edib.
Avtosfer.az xəbər verir ki, son illərdə onun səhhətində ciddi problemlər yaranmışdı.
R.Baxşəliyev ürək xəstəliyindən əziyyət çəkirdi. Onun ölümünə də qəfil ürək tutması səbəb olub.
Mərhum Abşeron rayonunun Masazır qəsəbəsinin qəbiristanlığında - anasının məzarı yanında dəfn olunacaq.
Qeyd edək ki, Rəşad Baxşəliyev 1978-ci ildə Mingəçevir şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Uzun illər "Şərq" qəzetində çalışıb. Sonra fəaliyyətini rəsmi dövlət mətbuat orqanı olan "Azərbaycan" qəzetində davam etdirib. O, Parlament Jurnalistləri Birliyinin üzvü idi.
R.Baxşəliyev 2020-ci ildə Vətən müharibəsi başlayan kimi ordu sıralarına qoşulub. Müharibədə zabit kimi döyüşüb, bir necə medalla təltif olunub.
Mərhumun iki övladı yadigar qalıb. Oğlu Kooperasiya Universitetinin tələbəsidir.
Allah rəhmət eləsin!
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












