Qəbirləri qazıb 1220 manat dəyərində qızıl dişləri oğurladı, cəzası bəlli oldu

Yasamal qəbiristanlığında qəbirləri qazaraq ölən şəxslərin kəllə sümüyünün ağız nahiyəsindən qızıl dişləri oğurlayan şəxsin məhkəmə prosesi başa çatıb.
Avtosfer.az-ın Teleqraf-a istinadən məlumatına görə, hakim qarşısına təqsirləndirilən şəxs qismində həmin qəbiristanlıqda qəbirqazan kimi çalışan Elvin adlı şəxs çıxarılıb.
Məlum olub ki, o, 1963-cü ildə ölən Anatoli Dudrova məxsus məzarı qazaraq 1220 manat dəyərində 9 ədəd qızıl dişi mənimsəyib.
Bundan başqa o, eyni əməli 1975-ci ildə ölmüş Aleksandra Osipovayanın məzarını qazaraq törədib. Elvin taladığı qızılları daha sonra Moskva univermağında satıb, davamında isə polis tərəfindən həbs edilib.
Qeyd edək ki, məhkəmənin qərarına əsasən, Cinayət Məcəlləsinin 177.2.2 və 245-ci maddələri üzrə təqsirləndirilən 1986-cı il təvəllüdlü şəxs törətdiyi əmələ görə iki il elektron qolbaqla hərəkət etməli olacaq.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












