Qətlə yetirilən Şəhanə üç il əvvəl ailə qurubmuş - VİDEO

Sumqayıtın Corat qəsəbəsində baş verən dəhşətli qətl hadisəsinin detalları məlum olub.
Avtosfer.az Baku TV-yə istinadla xəbər verir ki, 31 yaşlı Şəhanə İmanova həyat yoldaşı 33 yaşlı Əsgər Hüseynov tərəfindən qətlə yetirilib.
Hadisə şahidləri baş verən qətl hadisəsi barədə danışıblar:
"Gəldi uşağı təhvil verməyə. Ondan sonra girdi içəri. Uğura dedi ki, gəl səni öpüm. Sonra əyilib xalamın başından tutdu. Biz həmin vaxt mətbəxə keçdik. Sonra gördüm ki, nəsə qışqırıq səsləri gəlir. Xalamın boynunu, qolunu yarmışdı. Bizə dedi ki, gedin, yoxsa sizi də bıçaqlayacağam. Biz də qaçdıq ki, qonşulara deyək, 103-ə zəng vuraq".
Qətlə yetirilən qadının anası bildirib ki, övladı 3 il əvvəl ailə qurub.
"Üç gündən bir qızımı hədələyirdi", - mərhumun anası deyib.
***
Sumqayıtda ərindən boşanmaq istəyən qadın öldürülüb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin Corat qəsəbəsi ərazisindəki fərdi yaşayış evində baş verib.
Qəsəbə sakini, 1995-ci il təvəllüdlü Şəhanə İmanova yaşadığı evdə qətlə yetirilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 1993-cü il təvəllüdlü Əsgər Hüseynov saxlanılıb.
Məlumata görə, qətlə səbəb qadının ərindən boşanmaq istəməsi olub. Ailədə bir müddət əvvəl mübahisə başlayıb. Ş.İmanova həyat yoldaşından boşanmaq istəyib. O, həyat yoldaşından ayrı yaşayıb.
Bir müddət sonra kişi onunla barışmaq istəsə də, Şəhanə onun təklifini rədd edib. Bu gün axşam saatlarında yenidən mübahisə başlayıb və Əsgər Hüseynov özü ilə gətirdiyi bıçaqla qadını qətlə yetirib.
Cütlüyün birgə nikahdan bir azyaşlı övladı qalıb.
Faktla bağlı araşdırma aparılır.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO















