Qəza zamanı çaya düşərək ölən şəxs hərbi qulluqçu imiş - RƏSMİ

Samux rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı ölən şəxs hərbi qulluqçu olub. Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Bildirilib ki, iyul ayının 1-də Samux rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının hərbi qulluqçusu, kiçik gizir Vüsal Zabil oğlu Nəzərovun olduğu avtomobil sürüşərək çay yatağına düşüb:
"Məlumat daxil olduqdan dərhal sonra Dövlət Sərhəd Xidməti və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən hadisə yerində həyata keçirilmiş axtarış-xilasetmə tədbirləri nəticəsində hərbi qulluqçunun nəşi aşkar edilib".
***
Samuxda yük avtomobilinin çaya aşması nəticəsində batan şəxsin meyiti sudan çıxarılıb. Avtosfer.az-ın məlumatına görə, FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu Cəlilabad rayon sakini, 1992-ci il təvəllüdlü V.Nəzərovun meyitini sudan çıxarıb. Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib. Qəza zamanı Füzuli rayon sakini 1992-ci il təvəllüdlü R.Mirzəyev və Şəki sakini 1998-ci il təvəllüdlü Ş.Sadıqov müxtəlif dərəcəli xəsarətlər alıblar. Faktla bağlı araşdırma aparılır.
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu












