Qızılağac Milli Parkında qanunsuz ov edənlər saxlanıldı

Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən Xəzər dənizində, eləcə də xidməti əraziyə aid qoruq, milli park və su hövzələrində brakonyerliyə qarşı mübarizə tədbirləri davam etdirilir.
Avtosfer.az xəbər verir ki, idarənin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Qızılağac Milli Parkının su hövzəsində qanunsuz balıq ovu ilə məşğul olan İ.Əhmədov saxlanılıb. Baxış zamanı ondan müxtəlif növ balıqlar və qadağan olunmuş ov alətləri aşkarlanıb. Həyata keçirilən digər tədbir zamanı isə qeyd edilən qoruğun ərazisində qanunsuz ov edən E.Eynalov, R.Eynalov, E.Əzizov və İ.Eynalov da saxlanılıblar. Həmin şəxslərdən 4 ədəd müvafiq sənədləri olmayan ov silahı və qanunsuz ovlanmış 72 ədəd adı “Qırmızı Kitaba” düşən müxtəlif növ çöl quşu aşkarlanıb. Faktlarla bağıı araşdırma aparılır.
Su bioresurslarının mühafizəsi və ekoloji tarazlığın qorunması məqsədilə polis əməkdaşları tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə nəzarət-profilaktik tədbirlər davam etdirilir.
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB












