Qonşusunu təhdid edən şəxs həbs olundu

Bakıda qonşular arasında münasibətlərin kəskin pozulması onlardan birinin həbs edilməsi ilə nəticələnib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Yasamal rayonu Əsəd Əhmədov 45 ünvanında baş verib.
Həmin ünvandakı mənzillərin birində yaşayan S.Səmədova (şərti) polisə müraciət edərək bildirib ki, qonşusu 1987-ci il təvəllüdlü Orxan Məddahov (şərti) davamlı olaraq onu və anasını söyərək təhqir edir.
Şikayətçi bildirib ki, may ayından etibarən qonşu ilə münasibətləri pozulub. Həmin şəxs onu evlərinin qapısını dağıdacağı ilə hədələyərək dəfələrlə təhqir edib. O özünü qorumaq və təhlükəsizlik üçün evinin girişinə kamera qoyduğunu bildirib.
O.Məddahov barəsində inzibati protokol tərtib edilib. O, ifadəsində bildirib ki, qonşusu tərəfindən dəfələrlə təhqirə məruz qalıb və buna dözməyərək həmin şəxsə cavab qaytarıb.
Saxlanılan şəxs Yasamal Rayon Məhkəməsinə çıxarılıb. Məhkəmənin müvafiq qərarı ilə o, 15 sutka inzibati həbs edilib.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












