Qusarda 59 yaşlı kişi həyat yoldaşına xəsarət yetirdi

Qusar rayonunda 59 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib. Avtosfer.az-ın Teleqraf-a istinadən məlumatına görə, Qusar rayon sakini, 1967-ci il təvəllüdlü Rasim həyat yoldaşı Sevilə (adlar şərti verilib – red.) şillə, yumruq və təpik zərbələri ilə sifət və bədəninin müxtəlif nahiyələrinə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Rasimin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Rasim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, məlum hadisə günü, saat 22 radələrində arvadı Sevil ilə birgə yaşadığı evdə aralarında mübahisə yaranıb. Onun ifadəsinə görə, mübahisə zamanı şillə, yumruq və təpik zərbəsi ilə onun sifətinə və bədəninin müxtəlif nahiyələrinə vuraraq ona xəsarət yetirib.
Təqsuirləndirilən şəxs törətdiyi əməldən peşmançılıq hissi keçirdiyini, zərərçəkmiş şəxslə barışdığını deyib.
Bu işə Qusar Rayon Məhkəməsində baxılıb. Hakim hökm çıxaran zaman təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.
Bu səbəbdən də təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












