Robert Fitsonun təyyarəsi Brüssel hava limanında CİDDİ ZƏDƏLƏNDİ

Dekabrın 17-də Avropa İttifaqı (Aİ) sammitində iştirak etmək üçün Belçikaya gələn Slovakiyanın Baş naziri Robert Fitso nümayəndə heyətinin təyyarəsinin Brüssel hava limanında zədələnməsi ilə bağlı baş verən insidentdən danışıb.
Avtosfer.az-ın xəbərinə görə, bu barədə Fitso "Facebook" hesabında yazıb.
"Brüsseldəki mürəkkəb sammit yaxşı başlamadı. Hava limanında pilləkənli maşın (trap) təyyarəmizi zədələdi və buna görə də uça bilmir, biz onu burada qoymağa məcburuq", - deyə Fitso bildirib.
O əlavə edib ki, Aİ qurumları tərəfindən Serbiyaya qarşı ədalətsiz münasibətə etiraz etmək üçün qəsdən bu sammitdə iştirak etməyən Serbiya Prezidenti Aleksandar Vuçiçi dəstəkləyir.
"İkili standartlar Avropa siyasətinin xarakterik xüsusiyyətidir. Bir tərəfdən böyük güclər Ukraynanı Aİ-yə qoşulmağa məcbur edir, baxmayaraq buna tamamilə hazır deyil, digər tərəfdən isə onlar Serbiyanın ittifaqa qoşulmasına mane olurlar, çünki o, çox qürurlu, özünəinamlı və suverendir", - deyə Fitso qeyd edib.
Xatırladaq ki, daha əvvəl Vuçiç Brüsseldəki sammitdə iştirak etməyəcəyini açıqlamışdı. Onun sözlərinə görə, orada bütün Balkan ölkələrinə Rusiya ilə Avropa İttifaqı arasında münaqişə baş verərsə, hansı tərəfdə olacaqları sualı veriləcək. O, Serbiyanın "Serbiya tərəfində" qalmaq niyyətində olduğunu vurğulayıb. Vuçiç qeyd edib ki, Serbiya 14 ildə ilk dəfə bu sammitdə iştirakdan imtina edib. Münaqişənin başlanmasından sonra Vuçiç Serbiya Milli Təhlükəsizlik Şurasının iclası bitən kimi xalqa müraciətində bildirib ki, Belqrad Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, lakin Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcək. Vuçiç qeyd edib ki, Serbiya Rusiya və Ukraynanı qardaş dövlətlər hesab edir və Şərqi Avropada baş verənlərdən təəssüflənir. Serbiya prezidenti həmçinin Kiyevə humanitar yardım göstərməyə də hazır olduğunu açıqlayıb.
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ
Buzovnada 10 gündür qaranlığa qərq olan küçə təhlükə saçır - VİDEO
Hərəkətdə olan maşından tabut yola düşdü – VİDEO
Qayda pozan piyada yolun yarısından qaçaraq geri qayıtdı - VİDEO
Bu yolda çuxur sürücüləri “tələyə” salır: Təkərlər partlayır, qəzalar baş verir - VİDEO
Sürücülük vəsiqəsi üçün kömək vəd etdi; 900 manatını ələ keçirdi
Maşını yoxlanılan sürücü narkotiki postun ərazisinə atdı - FOTO












