Rusiyanın 3 təyyarəsi və helikopterləri bir gecədə məhv edildi

Ukrayna qüvvələri Rostov-na-Donu şəhərindəki hərbi aerodroma hava hücumları təşkil edib. Hava hücumun nəticəsində bir An-12, iki An-26 təyyarəsi və daha üç helikopter məhv edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram"a məlumat verib.
Zelenski müharibəni Rusiyaya hər gün hiss etdirən Ukrayna əsgərlərinə təşəkkür edib.
“Bu gecə Ukrayna ordusunun birgə əməliyyatı sayəsində Yaroslavl Neft Emalı Zavoduna zərbə endirilib. Təhlükəsizlik Xidməti həmçinin Rostovdakı hərbi aerodroma uğurlu zərbə endirdi - An-12 təyyarəsinin, iki An-26 təyyarəsinin və daha üç helikopterin məhv edilməsi təsdiqləndi”, - deyə Zelenski vurğulayıb.
Prezident həmçinin Qara dənizdə yaxşı nəticələrin əldə edildiyini qeyd etsə də, təfərrüatları açıqlamayıb.
"Biz hər gün təcavüzə cavab veririk. Rusiya sülhü seçməlidir", - deyə prezident yekunlaşdırıb./unikal
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB












