Rusiyaya üzərlik otu gətirən azərbaycanlı həbs olunub

Rusiyaya üzərlik otu gətirənlər həbs olunacaq. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiyada yaşayan azərbaycanlı vəkil Ələkbər Qarayev bildirib. Onun sözlərinə görə, rus dilində "isırık" adlanan üzərlik otunun tərkibində narkotik maddə "karnin" və "karmalin"in olması bu otun Rusiyaya ərazisinə gətirən şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasına səbəb olub.
Vəkil Qarayev bir neçə gün bundan öncə əslən azərbaycanlı olan Qazaxıstan vətəndaşının Rusiya ərazisində belə halla üzləşdiyini söyləyib. Belə ki, həmyerlimiz Qazaxıstan sərhədindən Rusiya ərazisinə şəxsi avtomobili keçərək Novosibirskə gedib. Novosibirskdə həmin şəxsin bacısı qardaşının yeni avtomobilinə "göz dəyməməsi" üçün üzərlik qoyub. Həmyerlimiz Qazaxıstana geri qayıdarkən Rusiya ərazisində avtomobilində üzərlik olduğuna görə saxlanılıb. Onun barəsində həbs qətimkan tədbiri seçilib. Qazaxıstan vətəndaşı olan azərbaycanlını 5 ildən 10 ilə qədər həbs cəzası gözləyir. Vəkil Ələkbər Qarayev Rusiyaya səfər edən azərbaycanlılara nə əl, nə də yük çantalarında üzərlik otu gətirməmələri barədə xəbərdarlıq edib. Əks halda həbslə üzləşəcəklərini vurğulayıb.
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












