Sabiq məmur oğlunun bir milyonluq dələduzluğunun detalları - FOTO

Vətəndaşların külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilən Zamiq Xankişiyevin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Tural Yaqubov təqsirləndirilənə ittiham aktını elan edib.
İttihamda bildirilir ki, Zamiq Xankişiyev özünü geniş əlaqəli işgüzar şəxs kimi qələmə verib və bir neçə nəfərin etibarından sui-istifadə edərək onların 1 milyon manata yaxın pulunu mənimsəyib.

İstintaqdan yayındığı üçün 1 il 8 ay axtarışda olan Zamiq Xankişiyev istintaqa cəlb edildikdən sonra barəsində əvvəl həbs, ardınca isə həbs olmayan qətimkan tədbiri seçilib.
Araşdırmalarla məlum olub ki, Zamiq Xankişiyevdən ən çox zərər görən şəxs onun tanışı olan iş adamı P.S.-dir.
O, iş adamına Neftçaladakı Olimpiya İdman Kompleksinin tikintisində istifadə olunan beton işləri üçün 60 min manatlıq sement sifariş verərək pulunu ödəyəcəyini vəd etsə də, həmin vəsaiti mənimsəyib.
Zamiq Xankişiyev daha sonra zərərçəkən P.S.-nin etibarından istifadə edərək onun "Maserati Ghibli" markalı avtomobilini dəyərindən çox ucuz qiymətə - 48 min ABŞ dollarına sataraq mənimsəyib. O, bundan başqa iş adamına məxsus "Mercedes-Benz S-Class" markalı avtomobilini 85 min ABŞ dollarına sataraq onun 50 min ABŞ dollarını qaytarıb, 35 min ABŞ dollarını isə mənimsəyib.

Zamiq Xankişiyev bu və ya digər yalan vədlər verməklə iş adamı P.S.-nin ümumilikdə 577 min manatını ələ keçirərək mənimsəməkdə ittiham olunur.
Təqsirləndirilən bundan başqa tanış olduğu S.V.-ni də aldadıb, ona müxtəlif tikinti layihələrində iştirak edərək külli miqdarda qazanc əldə edəcəyini deyib. O, bu adla tanışının külli miqdarda pulunu və avtomobilini ələ keçirib. O, S.V.-nin ümumilikdə 180 min manatını mənimsəyərək ona külli miqdarda ziyan vurub.
Zamiq Xankişiyevdən zərər görməsi ilə bağlı şikayət edən digər şəxs isə onun müəssisəsində fəhlə işləyən F.Ə. olub. O, işçisinə 5 690 manat borclu olub və bunun qarşılığında ona KIA markalı avtomobili verəcəyini vəd edib. Amma Z.Xankişiyev bu məbləği də mənimsəyib.

Qeyd edək ki, Zamiq Xankişiyevin barəsində irəli sürülmüş ittihamda adları keçən zərərçəkənlərdən başqa da onun əməllərindən zərər görən daha bir neçə nəfərin də olduğu bildirilir.
Məhkəmədə hakim təqsirləndirilən Zamiq Xankişiyevə ittiham olunduğu maddənin ağırlıq dərəcəsini xatırladaraq törətdiyi əməllərin sübut olunacağı təqdirdə onu 10 ildən 15 ilədək məhkum oluna biləcəyini xatırladıb. Z.Xankişiyev məhkəmədə özünü təqsirli bilməyib.
Növbəti proses yanvarın yanvarın 20-dək təxirə salınıb
Xatırladaq ki, Zamiq Xankişiyev zərərçəkmişlərin şikayəti əsasında Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən istintaqa cəlb olunub. Z.Xankişiyev əvvəl həbs edilsə də, sonradan ziyanın bir hissəsini ödədiyi üçün barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilərək sərbəst buraxılıb.
Z.Xankişiyev Cinayət Məcəlləsinin 178.4 (dələduzluq külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.
Onu da qeyd edək ki, mediada İmişlidən olan iş adamı barədə əvvəllər də şikayətlər yayımlanıb.
Əlavə edək ki, təqsirləndirilən şəxs "Azərbaycan Dövlət Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Xırdalan stansiyasının rəisi vəzifəsində çalışmış və rüşvət qalmaqalı ilə vəzifəsindən uzaqlaşdırılmış Fəyyaz Xankişiyevin oğludur. O, bununla yanaşı bahalı avtomobil kolleksiyası olan bir şəxs kimidə tanınıb.
Yeni dələduzluq növü: Xarab telefonu qəsdən avtomobilə vuraraq pul tələb edir - VİDEO
Məzun gecəsi qalmaqalı: Təşkilatçı şirkətin rəhbərliyi polisə çağırıldı?
Bakıda qadın azyaşlı övladı ilə 8 zolaqlı yolda qayda pozdu - VİDEO
Zaqatalada güclü külək FƏSADLAR YARATDI: Aşman ağaclar avtomobil yolunu bağladı - FOTOLAR
Xanım sərnişin taksidə siqaret çəkmək istədi – Sürücü... - VİDEO
Bakıda yeniyetməni oğurluğa cəlb edən şəxs 6 il azadlıqdan məhrum edildi
“TikTok”da canlı yayım açıb tülküyə işgəncə verdi: “Hədiyyə göndərməsəniz…” - VİDEO
Mərdəkanda dənizdə 4 nəfər batdı; 3-nün meyiti tapıldı - YENİLƏNİB
“Dərnəgül”də təhlükəli anlar: Piyada az qala avtobusun altında qalırdı - VİDEO
Bilgəhdə hərəkətdə olan avtomobil qəfil alovlandı - VİDEO
Keçiddən keçməyən piyada qəzaya səbəb oldu - REAL VİDEO














