Şabranda məktəblilər arasında insident

Şabranda məktəblilər arasında insident baş verib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Məmmədağa Nəzirov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbin XI a sinif şagirdi C.S. digər məktəblərin 2 şagirdi tərəfindən mübahisə zəminində döyülüb. Hadisə zamanı məktəblinin burnu sındıb.
Məlumata görə, hadisəni törətməkdə şübhəli bilinənlər Şabran şəhər Roman Yusifov adına 2 nömrəli texniki fənlər təmayüllü məktəb-liseyin şagirdi H.S. və Şabran şəhər 5 nömrəli tam orta ümumtəhsil məktəbinin XIb sinif şagirdi N.S.-dır.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Quba regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, Şabran rayonunda məktəblilər arasında baş verən insidentlə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır:
“Hadisə nəzarətə götürülərək müvafiq tədbirlər görülür. Araşdırmanın nəticələrinə uyğun olaraq müvafiq qərar qəbul ediləcək”.
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO
Xırdalanda iki həftədir düzəlməyən işıqfor qəza riski yaradır - VİDEO












