Şabrandakı qəzalı məktəblə bağlı - Açıqlama - FOTO

Sosial şəbəkələrdə Şabran rayonu Padar kənd tam orta məktəbinin qəzalı vəziyyətdə olması ilə bağlı görüntülər yayılıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, yayılan fotolardan sinif otaqlarının divarlarında iri çatların olduğu görünür.
Buna baxamayaraq, şagirdlər təhlükəli vəziyyətdə dərs keçmək məcburiyyətində qalırlar.
Problemlə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə müraciət etdik. Agentlikdən sorğumuza cavab olaraq bildirildi ki, sözügedən təhsil müəssisəsinin əsaslı təmiri və ya yeni binanın inşası nəzərdə tutulur.
“Şabran rayon Padar kənd tam orta ümumtəhsil məktəbinin mövcud vəziyyətindən xəbərdarıq. Binanın əsaslı təmiri və yenidən tikintisi ilə bağlı məsələ qeydiyyata alınıb. Təhsil müəssisələrinin tikinti və təmiri növbəlilik, prioritetlik prinsipi əsasında həyata keçirilir.
Hazırda Quba, Qusar və Şabran rayonlarında yeni məktəb binalarının tikintisi davam edir. Belə ki, Quba rayonu Hacıhüseynli kəndində 528 şagird yerlik məktəb binası, Qusar rayonu Kuzunqışlaq kəndində 220 şagird yerlik məktəb binası, Şabran rayonu Ağalıq kəndində isə 648 şagird yerlik tam orta ümumtəhsil məktəbinin tikintisi aparılır”, - məlumatda qeyd edilib.
Məlumatda həmçinin bildirilib ki, son iki ildə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan 67-dən çox məktəbdə cari, 12 məktəbdə isə əsaslı təmir işləri həyata keçirilib. Eyni zamanda, 5 modul tipli məktəb istifadəyə verilib, 8 məktəb binası isə tam sökülərək yenidən inşa edilib.


Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB












