Saleh Məmmədov Almaniyada 23 hektar torpaq alıb? – ŞOK FOTO YAYILDI

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) keçmiş sədri Saleh Məmmədovla bağlı yeni iddialar gündəmə gəlib. Jurnalist Cavanşir Həsənli sosial şəbəkə hesabında paylaşım edərək keçmiş sədrin Almaniyada 23 hektar torpaq sahəsinin olduğunu iddia edib.
Avtosfer.az xəbər verir ki, Həsənli paylaşımında sözügedən əraziyə aid olduğunu bildirdiyi fotoşəkli də təqdim edib və görüntünün gerçəkliyi əks etdirdiyini vurğulayıb. Jurnalistin bu iddiası sosial şəbəkələrdə və ictimaiyyət arasında maraqla qarşılanıb.
Xatırladaq ki, Saleh Məmmədov həm vəzifədə olduğu dövrdə, həm də postundan ayrıldıqdan sonra onun barəsində müxtəlif iddialar səsləndirilib. O, dəfələrlə ölkənin ən çox korrupsiya iddiaları ilə hallanan məmurlarından biri kimi təqdim olunub, lakin bu ittihamlarla bağlı Saleh Məmmədovun və ya hüquqi nümayəndələrinin indiyədək geniş açıqlaması və ya təkzibi olmayıb.
Qeyd etmək lazımdır ki, Almaniyada 23 hektar torpaq sahəsinin qiyməti olduqca yüksəkdir. Təxminən bir neçə on milyon avro həcmində ola biləcəyi ehtimal edilir. Bu baxımdan, səsləndirilən iddia kifayət qədər ciddi araşdırma predmeti hesab oluna bilər. Ümumilikdə, müxtəlif vəzifəli şəxslərin işdən ayrıldıqdan sonra böyük həcmdə əmlaklara sahib olmaları ilə bağlı mediada çoxsaylı məlumatlar yayılıb. Həmin məlumatların bir qismi hüquqi təsdiqini tapsa da, bir hissəsi hələ də iddia səviyyəsində qalmaqdadır.
Xatırladaq ki, Saleh Məmmədov 21 dekabr 2017-ci ildən 6 fevral 2026-cı ilədək Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri vəzifəsində çalışıb. O, 6 fevral 2026-cı ildə Prezidentin sərəncamı ilə vəzifəsindən azad edilib. (Globalinfo.az)

Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO
Zabratda bu yolda çalalardan qaçmaq mümkünsüzdür – ŞİKAYƏT - VİDEO
Çuxura düşən avtomobilə dəyən zərəri kim qarşılamalıdır? - VİDEO
DİN direktorun maşınının yandırılması ilə bağlı daha bir şəxsi həbs etdi - VİDEO












