Salyanda çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlandı - FOTOLAR

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Salyan rayonunun Arbatan kəndində fəaliyyət göstərən və fiziki şəxs Mübariz Əslan oğlu Muradova məxsus olan çörək istehsalı müəssisəsində yoxlama keçirilib.
Bu barədə Avtosfer.az-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi və sanitariya-gigiyena tələblərinin pozulduğu, istehsal prosesinin təhlükəsiz və gigiyenik şəkildə həyata keçirilməsi üçün tələb olunan şəraitin təmin edilmədiyi müəyyən olunub.
Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, icrası məcburi olan göstərişlər verilib. Emal sahəsində aşkar olunmuş nöqsanlar aradan qaldırılanadək işlərin görülməsi və xidmətlərin göstərilməsi məhdudlaşdırılıb.



Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












