Şamaxıda pivə butulkası ilə iki nəfəri yaralayan şəxs cəzalandırıldı

Şamaxıda küçə mübahisəsi zamanı pivə şüşəsini sındıraraq iki nəfəri yaralamaqda təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Avtosfer.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə 2026-cı ildə Şamaxı rayonunun qəsəbələrinin birində baş verib.
Məlumata görə, Zamin küçədə yüksək səslə nalayiq ifadələr işlətməsinə etiraz edən Elşənlə (adlar şərti verilib - red.) mübahisə edib. Mübahisə zamanı Zamin əlindəki pivə butulkasını sındıraraq onun iti tərəfi ilə Elşənin kürək nahiyəsinə zərbə endirib.
Hadisə zamanı onları ayırmağa çalışan Elnur da şüşə parçası ilə qolundan xəsarət alıb.
İstintaq orqanı təqsirləndirilən şəxsin hərəkətlərini xuliqanlıq və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma kimi qiymətləndirib.
Məhkəmədə ifadə verən Zamin ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, hadisə günü dostları ilə marketin qarşısında pivə və enerji içkisi qəbul ediblər. Onun sözlərinə görə, nalayiq ifadələri özü deyil, yanında olan tanışı işlədib.
Zamin deyib ki, Elşən onu təhqir etdikdən sonra mübahisə böyüyüb: "Həmin vaxt naməlum şəxslər mənə yumruq və təpiklə zərbələr endirdilər. Mən də bundan sonra pivə şüşəsini sındıraraq özümü müdafiə etmək məqsədilə əlimdə saxladım. Hətta ətrafdakıları qorxutmaq üçün öz qolumu da kəsməli oldum".
Zamin zərərçəkmiş şəxslərdən birini butulka ilə vurduğunu, digərinin isə zərbənin qarşısını almağa çalışarkən təsadüfən yaralandığını deyib.
Təqsirləndirilən şəxs əməlindən peşmanlıq hissi keçirdiyini, zərərçəkmişlərin ondan şikayətçi olmadığını bildirərək məhkəmədən yüngül cəza təyin edilməsini xahiş edib.
Şamaxı Rayon Məhkəməsinin hökmü ilə Zamin Cinayət Məcəlləsinin 127.2.3 ( ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalarla törədildikdə) maddələri ilə təqsirli bilinib. O, 3 il müddətinə azadlıqdan məhrum edilib.
Keçmiş ər arvadının 1,6 milyonluq maşınını oğurladı: Cinayət işi açıldı – FOTOLAR
Kiberpolis əməliyyat keçirdi; yüzlərlə vətəndaşı aldadan şəxslər saxlanıldı - VİDEO
Sabirabadda avtoxuliqanlığı təbliğ etdi - Saxlanılıb cərimələndi
Tiktoker "Murad sadə" həbs edildi
Şamaxıda qorunan ziyarətgah baxımsız qalıb - Ətrafı zibilliyə çevrilib - VİDEO
Prospektdə təhlükəli hərəkət: Sürücü motosikleti orta zolaqda qoyub getdi - VİDEO
Yolun ortasında dayanıb təhlükə yaratdılar, üstəlik sürücüyə etiraz da etdilər - VİDEO
Avtobus sürücüsünün sükan arxasında telefondan istifadə etməsi NARAZILIĞA SƏBƏB OLDU - VİDEO
Metronun bu stansiyasında qatarların hərəkəti dayandı - AÇIQLAMA - VİDEO
Xanım Tiktoker 10 sutkalıq həbs edildi
Bakıda sərxoş piyadanı maşın vurdu - Sürücü bəraət aldı










