"Şamaxinka"da piyada körpüsündə lift iki aydan çoxdur işləmir - FOTO - VİDEO

"Moskva prospektində yerləşən yerüstü piyada keçidində liftin fəaliyyətində yaranmış nasazlığın səbəbi müəyyən edilib".
Avtosfer.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Anar Nəcəfli deyib.
"Araşdırma zamanı liftin idarəetmə sisteminə aid xüsusi elektron komponentin yerində olmadığı müəyyən olunub. Məsələ ilə bağlı aidiyyəti hüquq-mühafizə orqanlarına məlumat verilib və hazırda müvafiq araşdırma aparılır. Bununla yanaşı, liftin fəaliyyətinin uzun müddət dayanmasının qarşısını almaq məqsədilə tələb olunan ehtiyat hissəsinin əldə olunması istiqamətində də tədbirlər görülüb. Komponentin mövcud hissə hesabına bərpası mümkün olmadığı halda, sifariş əsasında yenisi ilə əvəz olunması təmin ediləcək.
Liftin mümkün qədər qısa müddətdə yenidən istifadəyə verilməsi nəzərdə tutulur", - deyə A.Nəcəfli bildirib.
***12:06
Bakının "Şamaxinka" adlanan ərazisində piyadalar üçün nəzərdə tutulan yeni yerüstü piyada keçidinin lifti iki aydan artıqdır fəaliyyət göstərmir.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-ın qaynar xəttinə şikayət daxil olub.
Qeyd olunur ki, bu körpüdən hər gün yüzlərlə piyada istifadə edir. Liftin işləməməsi isə xüsusilə yaşlı insanlar, xəstələr, azyaşlı uşaqlar və ağır çantalarla hərəkət edən məktəblilər üçün ciddi çətinlik yaradır.
"Bura yolu digər tərəfə keçmək istəyənlər üçün yeganə piyada keçididir. Ərazidə alternativ piyada zolağı da yoxdur. Hər kəs məcburdur yerüstü piyada keçidinə qalxsın, onun da lifləri işləmir. Səhhətində problem olan insanlar, uşaqlar, körpəli valideynlər, yaşlılar yolu necə keçməlidirlər? Bu, deyəsən, heç kimi narahat etmir", - deyə şikayətdə bildirilir.
Həmçinin vurğulanıb ki, yerüstü keçidin pilləkənləri hündür və qalxıb-enmək üçün əlverişsizdir. Bu səbəbdən liftin işləməməsi piyadaların hərəkətində əlavə problemlər yaradır.







Problemlə bağlı aidiyyəti quruma sorğu verilib.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












