Samuxda daha beş nəfər xəstəxanaya yerləşdirildi - YENİLƏNİB

Samux rayonunda zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilən şəxslərin vəziyyəti məlum olub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, avqustun 12-də saat 19:00-dan başlayaraq Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə müraciətlər daxil olub.
"Pasiyentlərin vəziyyəti ilə bağlı ilkin tibbi qiymətləndirmə aparılıb və zəruri tibbi xidmətlər göstərilib. Hazırda pasiyentlərin vəziyyəti stabildir. Müvafiq instrumental müayinələr və araşdırmalar tamamlandıqda ictimaiyyətə əlavə məlumat veriləcək", - deyə məlumatda bildirilir./oxu.az
***12:03
Samux rayonunda ət məhsulundan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən şəxslərin sayı artıb.
Avtosfer.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, xəstəxanaya sözügedən faktla bağlı daha 5 nəfər gətirilib. Bunlar 2001-ci il təvəllüdlü Nuranə Vəliyeva, 1977-ci il təvəllüdlü Günay Əliyeva, 1986-cı il təvəllüdlü Nargilə Babayeva, 1974-cü il təvəllüdlü Tünzalə Cabbarova və 1984-cü il təvəllüdlü Şəmil Hacıyevdir.
Onlar Abbas Səhhət adına Gəncə Şəhər Birləşmiş Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsinə yerləşdiriliblər.
Hazırda həmin şəxslərin tibb müəssisəsində müalicələri davam etdirilir.
***10:48
Samuxda 5 nəfər xəstəxanaya yerləşdirilib.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, rayonun Alıuşağı kəndinin sakinləri olan 5 nəfər - 1976-cı il təvəllüdlü M. Allahverdiyeva, 1980-ci il təvəllüdlü A. Allahverdiyev, 1984-cü il təvəllüdlü S. Əliyev, 1986-cı il E. Cabbarov və 1975-ci il təvəllüdü M. Orucova Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan yoluxucu xəstəliklər şöbəsində müalicəyə cəlb olunublar.
Əvvəlcə onların qidadan zəhərləndiyi ehtimal olunub.
Aparılan ilkin müayinələr nəticəsində onlarda qarayara xəstəliyinin əlamətlərinin olduğu müəyyən edilib.
Hazırda araşdırma aparılır.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) cavab olaraq bildirilib ki, Samuxda baş verən hadisə nəzarətdədir.
“Hadisənin səbəblərinin, həmçinin, qida zəhərlənməsi olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırma aparır.
Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək”, - deyə AQTA-da qeyd ediblər.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












