Samuxda halvadan zəhərlənmə; 10-dan çox şəxs xəstəxanaya yerləşdirildi - ADLAR

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə-Daşkəsən regional bölməsi Samuxda həm evdə, həm də un sexində araşdırmalara başlayıb. Avtosfer.az xəbər verir ki, bu, son bir neçə gün ərzində şəhər və rayonda üçüncü kütləvi qida zəhərlənməsi hadisəsidir. Ötən şənbə günü və dünən Gəncə şəhərində yas yerində kütləvi zəhərlənmələr baş vermişdi. Hər üç qida zəhərlənməsinin eyni səbəbdən qaynaqlandığı istisna edilmir. Faktla bağlı araşdırma aparılır.
***
İyulun 15-də saat 15:30 radələrindən etibarən 7-si azyaşlı olmaqla 10 nəfər (4 kişi, 6 qadın) zəhərlənmə şübhəsi ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub. Avtosfer.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib. Bildirilib ki, pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. "Hazırda müalicələri davam etdirilir və vəziyyətləri orta ağır qiymətləndirilir", - məlumatda deyilir.
***
Samuxda halvadan zəhərlənən şəxslərin kimliyi məlum olub.
Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, həmin şəxslər aşağıdakılardır:
Əliyeva Aysel Rəşid qızı (1998)
Əliyeva Dəniz Cəmil qızı (2018)
Əliyev Rza Cəmil oğlu (2019)
Əliyev Cəmil Mehdi oğlu (1994)
Əliyeva Zümrüd Cəmil (2017)
Məmmədov Arif Cahangir oğlu (2011)
Verdiyeva Afət Adəm qızı (2020)
Verdiyeva Bəsti Hidayət (1995)
Verdiyeva Gülay Adəm qızı (2018)
Verdiyeva Ümid Adəm oğlu (2023)
Gülxar Məmmədova
Fatma Məmmədzadə
***
Samux rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. 10-dan artıq şəxs qidadan zəhərlənmə diaqnozu ilə Gəncə Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Abbas Səhhət adına Xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib. İlkin məlumata görə, kənd sakinlərindən biri halva bişirib və qonşulara paylayıb, həmin evin sakinləri və təamdan dadan qonşular özlərini pis hiss etdikləri üçün xəstəxanaya müraciət ediblər. Faktla bağlı araşdırma aparılır.
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO
Xırdalanda iki həftədir düzəlməyən işıqfor qəza riski yaradır - VİDEO












