Samuxda sərxoş kişini keçmiş qayınatası döydü - YENİLƏNİB

Samux rayonunda keçmiş qayınatası tərəfindən döyüldüyü deyilən şəxsin vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-a verilən məlumata görə, oktyabrın 6-da saat 01:40 radələrində bir nəfər (kişi cinsli) Samux Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Başın açıq yarası, üzün çapılmış yaraları, dəqiqləşdirilməmiş pnevmotoraks, said sümüklərinin dəqiqləşdirilməmiş hissəsinin sınığı diaqnozları təyin edilən şəxsə ilkin tibbi xidmət göstərilib.
Pasiyent daha ixtisaslı tibbi xidmət üçün Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya təxliyə olunub. Müvafiq şöbədə müalicəsi davam etdirilən şəxsin vəziyyəti orta ağırdır", - deyə məlumatda bildirilir.
***09:36
Samuxda döyülmə faktı qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, rayon sakini 44 yaşlı Z.Səmədov ağır kəllə-beyin travması və qollarının sınığı diaqnozu ilə xəstəxanaya yeləşdirilib. Dərhal ona yardım edilib, vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə, Z.Səmədovu keçmiş qayınatası döyüb. Hadisə vaxtı döyülən şəxs sərxoş olub.
Hadisə ilə bağlı araşdırmaya başlanıb.(Unikal)
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












