Sankt-Peterburqda azərbaycanlı "qanuni oğru" saxlanıldı - VİDEO

Rusiya hüquq-mühafizə orqanları Sankt-Peterburqda 18 il axtarışda olan azərbaycanlı Yusif Əliyevi saxlayıblar.
Avtosfer.az xəbər verir ki, bu barədə “Kommersant” nəşri Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Baş İdarəsindəki mənbəyə istinadən məlumat yayıb.
54 yaşlı şəxs 2008-ci ildən bir neçə maddə, o cümlədən iki və daha çox şəxsin öldürülməsi maddəsi ilə beynəlxalq axtarışda olub.
Ona qarşı həmçinin cinayətkar iyerarxiyada yüksək mövqe tutmaq ittihamı irəli sürülüb. Bu maddə üzrə onu 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Saxlanılmadan sonra istintaqın suallarını cavablandıran Yusif Əliyev bu müddətdə gizlənmədiyini, sadəcə Belarusda yaşadığını deyib. O, həmçinin 1990-cı illərin əvvəllərində Azərbaycanda 3 il həbsdə olduğunu, lakin hansı maddə üzrə azadlıqdan məhrum edildiyini xatırlamadığını bildirib.
Qeyd edək ki, Yusif Əliyev 2009-cu ilin martında hədə-qorxu ilə tələb etmə və adam oğurluğu şübhəsi ilə saxlanılıb. Saxlanılmadan qısa müddət sonra hüquq-mühafizə orqanları Yusif Əliyevi şərti azadlığa buraxıb, o isə qaçıb gizlənib.

Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB












