"Sədərək"də ilginc dələduzluq

"Sədərək" Ticarət Mərkəzində fəaliyyət göstərən "Biones" kişi-qadın geyimləri mağazasının sahibi dələduzluqla üzləşib. Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, mağazaya müştəri qismində gələn R.Əliyev ondan dəyəri ümumilikdə 2900 manat təşkil edən dəri gödəkcələr və papaqlar götürərək yaxınlıqda onu gözləyən rəisinə göstərəcəyini deyib. Mağaza sahibi onunla razılaşıb. Sonradan məlum olub ki, R. Əliyev sadəcə onu aldadıb. Hüquq-mühafizə orqanlarına şikayətdən sonra faktla bağlı Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işi başlanıb. Eyni zamanda məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işinə Xətai Rayon Məhkəməsində hakim Zəfər Ramazanovun sədrliyi ilə baxılıb. R.Əliyev məhkəmədə verilmiş ittiham üzrə özünü təqsirli bilib. O, məhkəmədə gödəkcələrdən birini satdığını, birini özü geyindiyini, digərini isə bacanağına hədiyyə etdiyini deyib. Papaqlara gəlincə, onlardan birini özü geyinib, digərini isə tanışına bağışlayıb.Məhkəmənin hökmü ilə R. Əliyev 6 ay müddətinə azadlıqdan məhrum edilib. R. Əliyev bundan əvvəl də dələduzluq əməlinə görə Abşeron Rayon Məhkəməsinin hökmü ilə 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həmin cəza ilə hazırkı cəza qismən toplanılıb və R. Əliyevə 7 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Əvvəlki cəzanın çəkilmiş hissəsi - 2 ay 27 gün - hazırkı cəzadan çıxılıb və R. Əliyevin üzərində qəti olaraq 3 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB












