Səidə Haqverdiyeva barəsində qərar verildi

Azərbaycan Dövlət Kukla Teatrının sabiq quruluşçu rejissoru Səidə Haqverdiyevaya qarşı xüsusi ittiham qaydasında verilən şikayət üzrə məhkəmə prosesi keçirilib. Avtosfer.az xəbər verir ki, Səidə Haqverdiyevanın vəkili Asim Abbasovun APA-ya verdiyi məlumata görə, bu gün Yasamal rayon Məhkəməsində hakim Orxan Məmmədlinin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib. Məhkəmə şikayətin Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olmadığı qənaətinə gəlib. Şikayəti icraata götürülməyib, işə baxılmasından imtina edilib.
Xatırladaq ki, ötən ay Dövlət Kukla Teatrının aktrisası Nərmin Əhmədova və onun həyat yoldaşı Əfsun Əhmədov Səidə Haqverdiyeva barəsində xüsusi ittiham qaydasında şikayətlə Yasamal Rayon Məhkəməsinə müraciət ediblər.
Səidə Haqverdiyeva Nərmin Əhmədova və Əfsun Əhmədov barəsində böhtan xarakterli məlumatları sosial şəbəkədə yayaraq şərəf və ləyaqətlərini alçaltmaqda ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 147 (böhtan) və 148 (təhqir) maddələri ilə ittiham irəli sürülüb. Əfsun Əhmədov həbsdə olan keçmiş hakim Elsun Əhmədovun qardaşıdır. Elsun Əhmədov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, Elsun Əhmədovla bağlı daha bir cinayət işi Nəsimi rayon Məhkəməsinin icraatındadır.
Qeyd edək ki, Azərbaycan Dövlət Kukla Teatrının quruluşçu rejissoru Səidə Haqverdiyeva ötən ilin dekabr ayında vəzifəsindən azad olunub. Səidə Haqverdiyevanın öz ərizəsi ilə işdən ayrıldığı bildirilib. Bundan əvvəl isə sözügedən teatr daxildə baş verən qalmaqalla gündəmə gəlib. Səidə Haqverdiyeva Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadənin həyat yoldaşı olub. İstefa verdiyi gün onların nikahına da xitam verilib.
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO












