Sərnişin qatarı partladıldı: Çox sayıda ölən var - VİDEO - YENİLƏNİB

Pakistanın Kvetta şəhərində (Bəlucistan əyaləti) qatarın partladılması nəticəsində həlak olanların sayı 24 nəfərə çatıb, 50-dən çox insan isə xəsarət alıb.
Avtosfer.az-ın məlumatına görə, bu barədə "Agence France-Presse" agentliyi yerli yüksəkvəzifəli məmura istinadən xəbər verir.
"Qatar Kvettadan Pakistanın cənub-qərbindəki Peşəvər şəhərinə doğru hərəkət edərkən partlayıcı maddə ilə doldurulmuş avtomobil vaqonlardan birinə çırpılıb", - deyə o bildirib və əlavə edib ki, xəsarət alanlar və həlak olanlar arasında hərbi qulluqçular və onların ailə üzvləri də var.
Ehtimal olunur ki, cinayəti Bəlucistan separatçıları törədə bilərlər.
***12:07
Pakistanın cənub-qərbindəki Kvetta şəhərində qatarın partladılması nəticəsində azı 16 nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb.
Avtosfer.az-ın məlumatına görə, bu barədə "Associated Press of Pakistan" agentliyi polisə istinadən xəbər verib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, partlayış dəmir yolu xəttinin Çaman-Phatak rayonu yaxınlığındakı hissəsində, sərnişin qatarı oradan keçdiyi zaman baş verib. Yaxınlıqda dayanan avtomobillərə də ziyan dəyib.
"Geo" telekanalının məlumatına əsasən, hadisə nəticəsində 20-dən çox insan yaralanıb. Hadisə yerinə xilasedicilər cəlb olunub, yerli tibb müəssisələrində fövqəladə vəziyyət elan edilib.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












