Sərxoş sərnişinə görə mindən çox adam sərhəd nəzarətindən yayındı

Fransanın Marsel şəhərinin aeroportunda ötən həftə baş verən insident barədə rəsmi məlumat yayılıb.
Avtosfer.az xəbər verir ki, İstanbula getməli olan sərxoş sərnişin səhvən şüşə arakəsmə ilə hərəkət yönünü səhv salıb. O, arakəsmənın yanındakı təhlükəsizlik düyməsini basaraq şüşə qapını açıb və beləliklə Şengen zonası sərnişinləri ilə üçüncü ölkələrə uçanları ayıran maneə aradan qalxıb.
Digər sərnişinlər də axına qoşularaq onun arxasınca gediblər və nəticədə böyük bir kütlə sərhəd nəzarətindən kənar keçib. Fransa sərhəd polisi məsələdən 3 dəqiqə sonra xəbər tutanda artıq mindən çox adam şərti sərhədi keçmişdi. Bu səbəbdən onlar yenidən yoxlanıb və təyyarələrin uçuş cədvəli dəyişib. Gedən reyslərdə 45 dəqiqə ilə 2 saat arasında ləngimə qeydə alınıb.
İstanbula uçan təyyarə 1 saat 15 dəqiqə gecikmə ilə havaya qalxıb. Bilet alan 140 sərnişindən 139-u təyinat yerinə sağ-salamat çatıb. Aeroportu bir-birinə qatan marselli isə ayıltma məntəqəsinə göndərilib.
Vüqar
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












