Sırğasını satıb oğlunu işə düzəltmək istədi - Dələduzluğa məruz qaldı

Bakıda 1500 manat müqbilində Ədliyyə Nazirliyinə mayor rütbəsində "işə” düzəldən şəxs cəzalandırılıb. Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, 1983-cü il təvəllüdlü Samir Məmmədov saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb. Məlum olub ki, S.Məmmədov V.N. adlı zərərçəkmiş qadından 1500 manat pul alaraq onun oğlunu mayor rütbəsində Ədliyyə Nazirliyinə işə düzəldəcəyinə söz verib. O, həmin pulları Binəqədi rayonunda Mərkəz adlanan ərazidə zərərçəkmiş qadından götürüb. Qızıl sırğasını satıb pulunu təqsirləndirilən şəxsə verən V.N. sonradan Samir tərəfindən dələduzluğa məruz qaldığını anlayaraq polisə şikayət verib. Məhkəmənin hökmü ilə S.Məmmədovu İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilib və barəsində 180 saat müddətində ictimai işlər tənbeh tədbiri tətbiq edib.
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO












