Şirniyyat mağazasına qumbara atıldı; müştəri əlində çayla qaçdı – ANBAAN VİDEO

Türkiyənin Adanada şəhərində şirniyyat sexinə qumbara atılması ilə bağlı yeni görüntülər ortaya çıxıb.
Avtosfer.az xəbər verir ki, hadisə zamanı ətrafdakı insanlar arasında böyük panika yaranıb. Təhlükəsizlik kamerasına düşən kadrlar hadisənin dəhşətini açıq şəkildə göstərir. Şirniyyat sexində oturan iki nəfər qumbaranın atıldığı an təşviş içində yerindən qalxaraq qaçmağa çalışır.
Hadisə Adananın Seyhan rayonunun Yeşilyurt məhəlləsində, Mavi Bulvar adlanan ərazidə baş verib. Vətəndaşa məxsus şirniyyat sexinə içərisində müştərilər olduğu vaxt qumbara atılıb. Qısa müddətlik xaos və qorxu yaşanıb, lakin araşdırma zamanı məlum olub ki, qumbaranın qoruyucu mili çıxarılmadığına görə partlayış baş verməyib.
Hadisə yerinə dərhal polis qrupları cəlb olunub. Ərazidən qaçmağa cəhd edən şübhəli şəxs hadisə yerində saxlanılıb. Əməliyyat tədbirləri nəticəsində hadisənin təşkilatçıları olduqları iddia edilən Kadir, Sezer və Abdullah adlı şəxslər sonradan yaxalanıblar.
Qeyd olunur ki, saxlanılan dörd nəfər istintaqdan sonra məhkəməyə verilib və barələrində həbs qətimkan tədbiri seçilib.
Yeni yayılan təhlükəsizlik kamerası görüntüləri hadisənin necə baş verdiyini və insanların həmin an yaşadığı qorxunu aydın şəkildə əks etdirir. Hadisə şəhərdə geniş müzakirələrə səbəb olub.
Eltac Zülfüqaroğlu
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - VİDEO
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB












