Sizi də aldada bilərlər - Bu şəxslərin fotolarına diqqətlə baxın - FOTO

Bakı sakinlərini hədəf alan təhlükəli dələduz qruplaşması peyda olub. Özünü "ailə" kimi təqdim edən şəxslərin qurbanına çevrilənlərin sayı günü-gündən artır.
Avtosfer.az Demokrat.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkə qruplarında məlumat qeyd olunub.
Paytaxtın əksər polis bölmələrində axtarışda olan Əlifov Rza və Aysel adlı qadın vətəndaşların etibarından sui-istifadə edərək bahalı əşyaları mənimsəyirlər. Bu şəxslər elan saytlarında yerləşdirilən qızıl, mobil telefon və kompüterlərlə maraqlanaraq müştəri kimi zəng edirlər.

Görüş zamanı malı təhvil alan dələduzlar saxta qəbz göstərərək satıcını aldadırlar. Daha sonra isə onları gözləyən avtomobilə minib hadisə yerindən sürətlə uzaqlaşırlar. Qruplaşmanın daha inandırıcı görünmək üçün görüşlərə uşaqla gəldiyi və "ailə" obrazı yaratdığı bildirilir.

Məlumata görə, dələduzlar Sumqayıtda yaşayırlar, lakin əsasən Bakı ərazisində fəaliyyət göstərirlər. Onlar mütəmadi olaraq mobil nömrələrini dəyişirlər ki, bu da onların izlənilməsini çətinləşdirir. Artıq bir neçə zərərçəkmiş şəxs bu şəxslərin əməlindən rəsmi şikayətçi olub.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












