“Sizin Dönər”in fəaliyyəti məhdudlaşdırıldı - FOTO

Daxil olan müraciət əsasında Lənkəran rayonu, Gərmətük qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Azad Şirməmməd oğlu Həsənova məxsus “Sizin Dönər” dönərxanasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.
Agentliyin mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, baxış zamanı ictimai iaşə obyektində normativ tələblərin pozulduğu məlum olub. Belə ki, məhsulların müvafiq temperaturda saxlanması və emalı üçün şəraitin təmin edilmədiyi, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, işçinin tibbi müayinədən keçmədiyi və şəxsi gigiyena qaydalarına əməl etmədiyi, qida məhsulları ilə təmasda olan səthlərin normativ tələblərə uyğun olmadığı və digər nöqsanlar müəyyən edilib. Həmçinin baytarlıq arayışı olmayan ümumi çəkisi 10 kiloqram toyuq ətindən bişmiş dönər məhsulu aşkarlanıb.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız dönər məhsulunun satışının dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilərək qanunvericiliyə uyğun tədbirlər görülüb.


Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












