Sözləri ürəyində qaldı, cinayət işi açıldı - Qaxda gənc oğlanın sevgi bəlası

Qaxda gənc oğlan kosmetika mağazasında insident törədib.
Avtosfer.az xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən kosmetika mağazasında qeydə alınıb.
İttiham aktına görə, 30 yaşlı Sahib Mirzəzadənin (şərti adla) adı çəkilən mağazada işləyən satıcı xanımdan xoşu gəlib. O, qızı çölə çağırıb söz demək istəsə də, satıcı xanım ona məhəl qoymayıb. Bundan hiddətlənən Sahib qızı nalayiq ifadələrlə təhqir edib. Bu zaman qızın əlindəki elektrik çaydanı yerə düşüb. Sahib çaydana təpiklə vurub və əşya qapıya dəyərək, dayanıb. Sonrakı zərbədə isə hissələrə parçalanıb və satıcı xanımla yanaşı mağazada olan başqa 2 xanıma da dəyib. Nəticədə xanımlar yüngül xəsarət alıblar. Faktla bağlı Sahib Mirzəzadə polis tərəfindən saxlanılaraq, barəsində cinayət işi başlanıb.
Təqsirləndirilən şəxs ifadəsində əməlindən peşman olduğunu deyib.
Zərərçəkən satıcı qız isə Sahibin onu nəinki işdə hətta evlərində olanda da narahat etdiyini deyib. Belə ki, Sahib gecə saatlarında zərərçəkənin yaşadığı evin yaxınlığına gələrək pəncərəyə daş atırmış.
Məhkəmənin qərarı ilə S. Mirzəzadə aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla, 6 aylıq islah işləri cəzasına məhkum edilib./lent.az
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












