Banner

Sükan arxasında yuxuya gedən sürücü faciənin bir addımlığından döndü - VİDEO

Hadisə 2 Noyabr 2026 17:00
Sükan arxasında yuxuya gedən sürücü faciənin bir addımlığından döndü   - VİDEO
WhatsApp kanalımıza abunə olun

Sükan arxasında yuxuya gedən sürücü qəzadan son anda xilas olub.

Avtosfer.az-ın məlumatına görə, videoları sürücü özü sosial şəbəkə hesabında paylaşıb. Müxtəlif vaxtlarda paytaxt ərazisində qeydə alınan kadrlarda onun avtomobili hərəkətdə olarkən yuxuladığı görünür.

Kadrlardan göründüyü kimi, o, sükan arxasında mürgüləyir. Nəticədə avtomobil əks istiqamətli hərəkət zolağına çıxır. Sürücü qəfil ayılaraq sükanı ələ alır və son anda sağa dönməklə baş verəcək toqquşmanın qarşısını alır. Lakin təhlükəli vəziyyətdən sonra da o, yuxusuna qalib gələ bilmir və yenidən sükan arxasında mürgüləyir.

Digər videoda isə onun yenə də yuxulu vəziyyətdə avtomobil idarə etdiyi görünür.

Sürücü paylaşımında izləyicilərin onu qınaya biləcəyini qeyd edərək işdən sonra insanın həddindən artıq yorulduğunu, bəzən özündən asılı olmadan sükan arxasında yuxuya getdiyini bildirib.

Ancaq yorğunluq sükan arxasında belə riskə getməyə əsas vermir. Yuxulu halda avtomobil idarə etmək təkcə sürücünün deyil, yolda olan digər insanların da həyatını təhlükəyə atır. Belə vəziyyətdə hərəkəti davam etdirməkdənsə, təhlükəsiz yerdə dayanıb dincəlmək vacibdir.

Nərmin

bax.tvhttps://player.bax.tv/embed/228424.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=hadise-ve-olaylar

 

 

Oxunub : 268
ŞƏRH YAZ
Ad

E-mail

Şərh