Sumqayıtda bir ailənin üç üzvü dəm qazından zəhərləndi - YENİLƏNİB

Sumqayıtda dəm qazından zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-a Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.
"Yanvarın 2-si saat 23:50-də Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 3 nəfər (2 kişi, 1 qadın) hospitalizasiya olunub.
Dəm qazından zəhərlənmə diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - məlumatda qeyd olunub.
***
Sumqayıt şəhərində bir ailənin üç üzvü dəm qazından zəhərlənib.
Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə şəhərin 22-ci məhəlləsində yerləşən yaşayış evlərindən birində qeydə alınıb.
Məlumata görə, 1993-cü il təvəllüdlü Əliyar Əliyev, 1995-ci il təvəllüdlü Əlisalam Əliyev və 1963-cü il təvəllüdlü Şəhla Həsənəliyeva hamam otağında olarkən dəm qazının təsirinə məruz qalıblar.
Zəhərlənən şəxslər təcili tibbi yardım briqadasının köməyi ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO
Xırdalanda iki həftədir düzəlməyən işıqfor qəza riski yaradır - VİDEO












