Sumqayıtda evdə partlayış olub, yaralılar var - YENİLƏNİB

Sumqayıtda baş verən partlayışın səbəbi məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında baş verib.
Şəhərin 47-ci məhəlləsində yaşayış binalarının birindəki mənzilin kombi sistemində nasazlıq yaranıb və ev sahibi bu məqsədlə usta çağırıb. Ustalar sistemi təmizləyərkən kombidə yüksək təzyiq yaranıb və partlayış baş verib.
Partlayış nəticəsində kombi ustaları - 1994-cü il təvəllüdlü Elçin Varyat oğlu Verdiyev və 1973-cü il təvəllüdlü İxtiyar Ağayar oğlu İxtiyarov xəsarət alıblar.
Yaralılar xəstəxanaya çatdırılıblar.
***10:30
Sumqayıt şəhərində evdə baş verən partlayış hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, martın 12-də saat 21:20-də Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına iki nəfər (kişi) hospitalizasiya olunub.
"Pasiyentlərə baş və boyun nahiyəsinin termiki, kimyəvi yanıqları, yuxarı ətraf və çiyin qurşağı nahiyəsinin (bilək və əl istisna olmaqla) termiki və kimyəvi yanıqları, həmçinin tənəffüs yollarının termiki və kimyəvi yanıqları diaqnozları təyin edilib.
Zəruri tibbi xidmətlər göstərilən hər iki şəxs daha ixtisaslı tibbi xidmət almaq üçün Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə olunub", - deyə məlumatda bildirilir./oxu.az
***09:24
Sumqayıt şəhərində evdə partlayış hadisəsi baş verib.
Avtosfer.az "Report"a istinadla məlumat verir ki, hadisə şəhərin 47-ci məhəlləsində yaşayış binalarının birində qeydə alınıb.
Partlayış nəticəsində 1994-cü il təvəllüdlü Elçin Varyat oğlu Verdiyev və 1973-cü il təvəllüdlü İxtiyar Ağayar oğlu İxtiyarov xəsarət alıblar.
Onlar dərhal xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












