Sumqayıtda qardaş qardaşı bıçaqladı - VİDEO - YENİLƏNİB

Sumqayıtda qardaşlar arasında baş verən bıçaqlanma hadisəsinin təfərrüatı məlum olub.
Hadisə şahidi olan qonşunun Baku TV-yə dediklərinə görə, şübhəli şəxs ruhi xəstə olub və həmin an özündə olmayıb.
"Ruhi xəstədir, ağlı başında deyildi. Polislər gəldi, əlində bıçaq var idi, hətta polis əməkdaşlarının üzərinə cumurdu, birtəhər onu apardılar. Anası qışqırırdı ki, qan töküldü. Qonşular yaralıya yardım edib, yarasını bağladılar. Daha sonra təcili yardım çağırdıq, polis əməkdaşları da gəlib onu apardılar", - deyə qonşu Adilə Qasımova bildirib.
Digər qonşu Lətifə Qurbanovanın sözlərinə görə, qardaşlardan biri evlənmək istədiyi üçün yola getmirdilər: "Şüşələri sındırırdılar. İki-üç həftədir, yola getmirdilər".
Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
***13:09
Sumqayıtda qardaşı tərəfindən bıçaqlandığı iddia olunan şəxsin vəziyyəti açıqlanıb.
Bu barədə Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.
Bildirilib ki, aprelin 3-ü saat 23:20-də Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1990-cı il təvəllüdlü şəxs (kişi) hospitalizasiya olunub:
"Sol saidin kəsilmiş yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb"./oxu.az
***09:11
Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.
Avtosfer.az report-a istinadən xəbər verir ki, hadisə şəhərin 17-ci mikrorayonunda yerləşən yataqxanada qeydə alınıb.
İlkin məlumata görə, qardaşlar aralarında yaranan mübahisə zamanı Zəfər Qubadov qardaşı Cəfər Qubadov tərəfindən bıçaqlanıb.
Yaralı Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb, ona lazımi tibbi yardım göstərilib.
Hadisəni törətməkdə şübhəli bilinən C. Qubadov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu












