"Temu" adı ilə dələduzluq

Bakıda "Temu” platforması üzərindən ucuz geyim satışı vədi verərək vətəndaşların pulunu ələ keçirməkdə təqsirləndirilən şəxsə məhkəmə hökmü oxunub.
Avtosfer.az-ın Qaynarinfo-ya istinadən məlumatına görə, təqsirləndirilən şəxs Mahir Muradov (şərti) 2024-cü ilin sonlarından etibarən sosial şəbəkələrdə özünü işgüzar satıcı kimi təqdim edərək Türkiyədən qadın geyimlərinin endirimli qiymətlərlə gətirilib satıldığını iddia edib. O, bu yalan vədlərlə iki zərərçəkmiş şəxsi inandıraraq onlardan hissə-hissə pul alıb.
İttihama görə, zərərçəkmişlərdən biri ümumilikdə 850 manat, digəri isə 632 manat məbləğində pul vəsaiti ödəyib. Lakin təqsirləndirilən şəxs vəd etdiyi məhsulları təqdim etməyib və əldə olunan vəsaiti şəxsi ehtiyaclarına sərf edib.
İstintaq zamanı müəyyən edilib ki, o, bank kartları və mobil köçürmələr vasitəsilə müxtəlif məbləğlərdə ödənişlər qəbul edərək vətəndaşları sistemli şəkildə aldadıb.
Məhkəmə prosesində təqsirləndirilən şəxs ittihamı qəbul edərək əməlini etiraf edib və peşman olduğunu bildirib. O, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu qeyd edərək yüngül cəza istəyib.
Məhkəmənin hökmü ilə o, Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi (dələduzluq) ilə təqsirli bilinib və 1 il 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Qanunvericiliyə uyğun olaraq onun saxlanma və həbsdə keçirdiyi müddət nəzərə alınaraq, cəza 1 il 6 ay 20 gün olaraq müəyyən edilib.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












