Tərtərdəki qətlin DƏHŞƏTLİ TƏFƏRRÜATI: Ər-arvad il mərasiminin badına getdi

Tərtər rayonunda ər və arvadı öldürüb, mənzillərini qarət etdikdən sonra yandırmaqda təqsirləndirilən rayon sakini Vüqar Baxşəliyevin qətli törətməsinin təfərrüatı məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, V.Baxşəliyev bundan əvvəl də oğurluğa görə həbs edilib və 4 il cəza çəkib. O, rayon xəstəxanasının Ramiz adlı həkiminin mənzilini qarət etməkdə təqsirləndirilib. Həmin vaxt V.Baxşəliyev evdən 10 min manatdan artıq pul oğurlayıb.
Cəzasını çəkib qayıdandan sonra V.Baxşəliyevin atası dünyasını dəyişib. Avqustun 10-da V.Baxşəliyevin atası Mehmanın il mərasimi keçiriləcəkmiş. V.Baxşəliyev atasına il mərasimi vermək üçün pul axtarıb. O, bir neçə gün öncə Əsgər Səmədovun evində pul olduğunu öyrənib və həmin pulu oğurlamaq qərarına gəlib. Vüqar avqustun 6-da səhər saatlarında mətbəx bıçağı ilə silahlanaraq həmin mənzilə gəlib. O, mənzilə daxil olarkən ev sahibi Ə.Səmədovla rastlaşıb. Vüqar Ə.Səmədovdan evdəki pul və qızılların yerini soruşsa da, ev sahibi evində pul olmadığını bildirib. Vüqar üzərindəki bıçaqla Ə.Səmədovun boğazını kəsərək qətlə yetirib, daha sonra səsə otaqdan çıxan A.Hüseynovanı da öldürüb, evdə axtarış aparmağa başlayıb. Vüqar evdəki pulları tapıb götürəndən sonra izi itirmək istəyib və bu məqsədlə əvvəlcə meyitlərin üzərinə, daha sonra isə mənzilə benzin tökərək od vurub, hadisə yerindən qaçıb.
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının apardıqları araşdırmalarla hadisənin qəsdən və tamah məqsədilə törədildiyi müəyyən edilib. V.Baxşəliyev izi itirməyə çalışsa da, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, V.Baxşəliyev evdən oğurladığı pulu dayısına verib. O, dayısından həmin pulu ona cəzaçəkmə müəssisəsindəki dostlarının göndərdiyini bildirib. Qeyd edib ki, həmin pulla atasına il mərasimi verəcək.
Araşdırmalardan sonra V.Baxşəliyevin dayısı istintaqa dəvət edilib və həmin pullar ondan götürülüb.
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO












