Təyyarədə "canlı bomba" zarafatı edən şəxsə həbs cəzası verildi

AJet şirkətinə məxsus İstanbul Sabiha Gökçen–Şanlıurfa reysi zamanı baş verən insident məhkəmə ilə nəticələnib.
Avtosfer.az xəbər verir ki, məlumata görə, 9 fevral 2026-cı ildə uçuşa hazırlaşan təyyarədə sərnişinlərdən biri yanında olan bacısını kabin heyətinə göstərərək "canlı bomba" ifadəsini işlədib. Bu açıqlama təhlükəsizlik prosedurlarının dərhal işə salınmasına səbəb olub.
Hadisə nəticəsində sərnişinlər təxliyə edilib, təyyarədə geniş yoxlama aparılıb. Hər hansı təhlükəli predmet aşkarlanmasa da, reys təxminən 3 saat gecikib və çox sayda sərnişin zərər görüb.
Polis tərəfindən saxlanılan şəxslər ifadələrində bunun zarafat olduğunu bildiriblər. Onlar barəsində ilkin olaraq sərbəst buraxılma qərarı verilsə də, hava yolu şirkəti tərəfindən bir il müddətinə "qara siyahı"ya salınıblar.
Məhkəmə isə hadisəni nəqliyyat təhlükəsizliyinə təhdid kimi qiymətləndirərək təqsirləndirilən şəxsə 4 il 2 ay azadlıqdan məhrumetmə cəzası verib. Qərar qüvvəyə minəcəyi təqdirdə, həmin şəxsin cəzasını çəkməsi gözlənilir.
Bundan əlavə, aviaşirkətin yaranmış zərərə görə təqsirləndirilən şəxsə qarşı maddi təzminat iddiası qaldırmağa hazırlaşdığı bildirilir.
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB












