Tibb müəssisələrinə sürücü işi ilə bağlı DƏLƏDUZLUQ

Bakıda bir neçə vətəndaş "dövlət tibb müəssisələrində sürücü kimi işə düzəltmək” vədi ilə dələduzluğa məruz qalıb.
Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, F. Gəncəliyev adlı şəxs etibardan sui-istifadə edərək zərərçəkmiş şəxslərə yalan vədlər verib və aldığı pulları şəxsi ehtiyaclarına xərcləyib.
O, 2024-cü ilin avqust ayında Zülfiyyə Ağayevadan 3 000 manat alıb. Daha sonra müxtəlif epizodlar üzrə 7 000 manat və 6 000 manat olmaqla əlavə vəsaitlər ələ keçirib. Pul vəsaitləri həm nağd, həm də bank kartları vasitəsilə köçürülüb. Dəymiş zərərin ümumi məbləği 16 000 manatdır.
Cinayət işinə Xətai Rayon Məhkəməsində baxılıb. Zərərçəkmiş şəxslərin ifadələrinə görə, onlara Təcili Tibbi Yardım Stansiyası və digər tibb müəssisələrində sürücü işi vəd edilsə də, heç bir real işə düzəltmə həyata keçirilməyib.
F.Gəncəliyev məhkəmədə özünü təqsirli bildiyini, vəsaiti şəxsi xərclərinə istifadə etdiyini etiraf edib. O, zərərin bir hissəsini ödədiyini, qalan hissəni də ödəyəcəyini bildirib və azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş edib.
Məhkəmənin hökmü ilə F.Gəncəliyev Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun şübhəli şəxs qismində saxlanıldığı müddət təyin edilmiş cəzadan çıxılıb və üzərində 1 il 11 ay 28 gün cəza saxlanılıb.
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO
Xırdalanda iki həftədir düzəlməyən işıqfor qəza riski yaradır - VİDEO












