“TikTok”da canlı yayım açıb tülküyə işgəncə verdi: “Hədiyyə göndərməsəniz…” - VİDEO

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, həmin şəxsin rayon sakini Q. Abdıyev olduğu polis əməkdaşları tərəfindən müəyyən edilib. Fakt üzrə onun barəsində inzibati protokol tərtib olunaraq materiallar baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.
*** 17:30
Göygöl rayonu ərazisində heyvana qarşı qeyri-insani rəftar əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.
Avtosfer.az-ın məlumatına görə, hadisənin bir müddət əvvəl axşam saatlarında baş verdiyi bildirilir. Kadrlarda şəxsin “TikTok” sosial şəbəkəsində canlı yayım açaraq boğazına kəndir bağlanmış tülkünü nümayiş etdirdiyi görünür.
O, heyvanın toyuqlarına zərər verdiyini iddia edərək etdiyi hərəkətə haqq qazandırmağa çalışıb. Sosial şəbəkə istifadəçiləri isə görüntüləri kəskin şəkildə qınayaraq heyvanın azad olunmasını tələb ediblər.
Məlumata görə, həmin şəxs canlı yayım zamanı izləyicilərdən “hədiyyə” göndərilməsi qarşılığında heyvanı buraxacağını bildirib. O, həmçinin ona irad bildirən istifadəçilərə aqressiv reaksiya verərək nalayiq ifadələr işlədib.
İzləyicilər daha sonra canlı yayımın dayandırıldığını və tülkünün son aqibətinin naməlum qaldığını bildiriblər.
Qeyd edək ki, həmin şəxsin sosial şəbəkə hesabında əvvəllər də heyvanlara qarşı pis rəftarla bağlı görüntülərin yer aldığı iddia olunur.
Nərmin
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












