"TikTok”da canlı yayımda qəlyan çəkdi - 750 manat cərimələndi

TikTok”da qeyri-etik hərəkətlər edən və canlı yayım zamanı qəlyan çəkən şəxs inzibati məsuliyyətə cəlb olunub.
Avtosfer.az xəbər verir ki, “Yeraz” adlı profillə sosial şəbəkədə canlı yayım açaraq mənəviyyata zidd hərəkətlər edən şəxsin Oğuz rayonunun kəndlərindən birində yaşayan 27 yaşlı S.Sadıqov (şərti) olması müəyyənləşib.
Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə həmin şəxs saxlanılıb və barəsində inzibati protokol tərtib edilib. Bildirilib ki, canlı yayımı 16 nəfər izləyib.
Qeyd olunub ki, vətəndaş sosial şəbəkədə canlı yayım zamanı izləyici kütləsi qarşısında tütün məmulatından (qəlyan) istifadə edərək ictimai mənəviyyata zidd davranaraq cəmiyyətə açıqca hörmətsizlik etmək, eyni zamanda canlı yayım zamanı əxlaqsız ifadələr səsləndirmək yolu ilə xırda xuliqanlıq edib. Həmçinin o, söyüş söyərək hərəkətlərinə davam edib.
Oğuz Rayon Məhkəməsinin qərarı ilə S.Sadıqov 750 manat cərimə edilib./qafqazinfo
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












