Tovuzda 14 yaşlı qızına toy edən şəxs ÖGEY ATASI İMİŞ - FOTO - YENİLƏNİB

Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində 2011-ci il təvəllüdlü qızın toy mərasiminin keçirilməsi ilə bağlı bəzi detallar məlum olub.
Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, 14 yaşlı qız altıncı sinifdən məktəbdən çıxıb. Qızın anası Elnarə Ələsgərovanın sözlərinə görə, onun məktəbdən çıxmasına səbəb maddi sıxıntı səbəbindən təhsil ala bilməməsidir.
Ananın sözlərinə görə, həmin gün toy mərasimi yox, "hə" mərasimi keçirilib: "Kafelərdən birində kiçik bir şənlik məclisi qurulub. Övladımı oxuda bilməmişəm, buna imkanımız olmadı".
Məlumat üçün qeyd edək ki, bu E.Ələsgərovanın ikinci dəfə ailə həyatı qurub.
Məhkəmənin qərarı bir ay müddətinə inzibati qaydada həbs edilən şəxs isə 1992-ci il təvəllüdlü bəyin - Firdovsi Abbasovun atası Fizuli Abbasovdur.


***09:41
Tovuzda 14 yaşlı qızına toy edən şəxs ögey atası olub.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, saxlanılan ögey ata ikinci ailəsindən olan qızına toy edən zaman polis əməkdaşları tərəfindən qarşısı alınıb.
Hazırda araşdırma aparılır.
***09:07
Tovuz Rayon Polis Şöbəsinə rayonunun Yuxarı Öysüzlü kəndində 2011-ci il təvəllüdlü qızın toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Gəncə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin mərasimin qarşısı alınıb və tərəflərin valideynləri ərazi üzrə polis orqanına dəvət olunublar.
Onlarla profilaktik söhbətlər aparılıb, qanunvericiliyin tələbləri izah edilib və barələrində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə valideynlərdən biri 1 ay müddətinə inzibati qaydada həbs edilib./oxu.az
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












