Tovuzda bir ailənin 4 üzvü pendirdən zəhərləndi - YENİLƏNİB

16.11.2025-ci il tarixində saat 16:00 radələrində zəhərlənmə şübhəsilə 4 nəfər (2-si kişi, 2-si qadın olmaqla) Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onlara dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozu təyin edilib.
Bu barədə Avtosfer.az-a TƏBİB-dən məlumat verilib.
Qeyd olunur ki, pasiyentlərin hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
***16 noyabr, 21:07
Tovuzda qidadan zəhərlənənlər evə buraxılıblar.
Avtosfer.az "Report"a istinadla xəbər verir ki, zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən bir ailənin 4 üzvü göstərilən tibbi yardımlardan sonra evə buraxılıb.
Onların pendirdən zəhərləndikləri ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.
***16:41
Tovuzda bir ailənin 4 üzvü pendirdən zəhərlənib.
Avtosfer.az xəbər verir ki, sakinlər - 1986-cı il təvəllüdlü R.Əhmədli, 1989-cu il təvəllüdlü V.Əhmədli,ailənin övladları 2010-cu il təvəllüdlü D.Əhmədli və 2013-cü il təvəllüdlü B.Əhmədli zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib. Onlara yardım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
Məlumata görə, zəhərlənən şəxslər yaşadıqları evdə pendir yedikdən sonra zəhərləniblər. Hadisə yerinə AQTA əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır./unikal
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












