Tovuzda DƏHŞƏT: Sabiq məmurun oğlu anasını balta ilə öldürdü, bacısını yaralayıb evi yandırdı - YENİLƏNİB

Tovuzda 31 yaşlı Kainat Namazovun anası və bacısını baltalayaraq evini yandırmasının təfərrüatı məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, ailə başçısı Elbrus Namazov uzun müddət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsində məsul vəzifələrdə çalışıb.
Bir müddət əvvəl E.Namazov infarktdan dünyasını dəyişib. Təxminən, 10 gün əvvəl onun 40 mərasimi keçirilib. Anadangəlmə ruhi əsəb xəstəsi olan Kainat Namazov atasının ölümünə qədər sakit təbiətli olub. Ancaq yas mərasimindən sonra aqressivləşməyə başlayıb və bir neçə dəfə evdə yersiz mübahisələr yaradıb.
İyunun 6-da günorta saatlarında K.Namazov növbəti dəfə anası Sevinc Namazova ilə mübahisə edib. Mübahisə sakitləşəndən bir saat sonra K.Namazov qəflətən həyətdəki, içərisində tezalışan maddə olan qabı götürərək evə daxil olub və mənzilə daxildən od vurub. Anası və bacısı Kainata mane olmaq istəsələr də, alınmayıb. O, həyətdəki yarımtikilidən baltanı götürüb evə girərək yanğını söndürməyə çalışan anası və bacısına baş nahiyələrindən ardıcıl zərbələr endirib.
Evin yandığını görən qonşular hadisə yerinə gələrək K.Namazovun əlindən baltanı alıb, onu zərərsizləşdiriblər.
***
Tovuzda yanğın hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayon ərazində qeydə alınıb. Belə ki, rayonda yerləşən fərdi yaşayış evlərindən birində anidən yanğın başlayıb. Dərhal əraziyə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.Yanğının söndürülməsi istiqamətində işlər gedir. İlkin məlumata görə, ev mübahisə zamanı ailə üzvlərindən biri tərəfindən yandırılıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
***
Tovuzda baş verən mübahisə zamanı bir nəfər ölüb, bir nəfər isə ağır xəsarət alıb. Məlumata görə, iki nəfərin arasında mübahisə düşüb və balta ilə xəsarət yetirilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
***
Tovuz rayonunda qətlə yetirilən qadının kimliyi müəyyənləşdirilib.
Məlumata görə, hadisə zamanı qətlə yetirilən 1970-ci il təvəllüdlü Sevinc Həsənovadır. Xəsarət alan isə onun qızı 2000-ci il təvəllüdlü Aliyə Namazovadır.
Hadisəni törətməkdə şübhəli bilinən isə, qadının oğlu 1994-cü il təvəllüdlü Kainat Namazovdur.
O, polis əməkdaşları tərəfindən saxlanılıb. Onun ruhi xəstə olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Bakıda maşında qadın DÖYÜLDÜ
Qusarda vəhşilik: Atın gözü bıçaqla çıxarıldı - VİDEO
Bakı-Ələt yolunda "Formula yarışı": Plastik maneələr sürücülərə təhlükə yaradıb - VİDEO
Taksidə söyüş söyüb pulu ödəmədən getdilər - BAKIDA - VİDEO
Xırdalanda “Hyundai” yandı - VİDEO
Paytaxtda dəhşətli qəza: ÖLƏN VAR
Bakıda yaşayış binasında yanğın olub - VİDEO
Boşanmaq üzrə olduğu arvadına silahla atəş açdı - VİDEO
Abortdan sonra vəfat edən 24 yaşlı qadının ölümü ilə bağlı YENİ DETALLAR - FOTO
Xocavənddə traktor minaya düşüb, sürücü xəsarət alıb - YENİLƏNİB
Kiberpolis əməliyyat keçirdi: Elcan Cəfərov saxlanıldı - VİDEO










