Tovuzda partlayış - Azyaşlı və digər iki nəfər yaralandı - VİDEO - YENİLƏNİB

Tovuzda partlayışda xəsarət alan bir ailənin üç üzvü Bakı Yanıq Mərkəzinə köçürülüb.
Tovuz Rayon Mərkəzi Xəstəxanasından bildirlib ki,martın 17-də gecə saat 03:55 radələrində qaz sızması nəticəsində baş verən partlayışda xəsarət alan üç nəfər (iki qadın, bir kişi) Tovuz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
2024 təvəllüdlü azyaşlıya (kişi) bədənin II-III dərəcəli 15 faizlik termiki yanığı, 1997 və 2005-ci il təvəllüdlü şəxslərə isə bədənin II-III dərəcəli 40-60 faizlik yanığı diaqnozları təyin olunub:
"Pasiyentlərə zəruri ilkin tibbi yardım göstərilib və onlar Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə hospitalizasiya olunublar"./oxu.az
***09:30
Tovuzda partlayış olub.
Avtosfer.az xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində baş verib. Belə ki, kənd sakini 1967-ci il təvəllüdlü Z.Cəfərova məxsus evdə anidən partlayış olub. Nəticədə 3 nəfər ağır xəsarət alıb.
Yaralılar Bakı şəhərinə aparılıb. Xəsarət alanlar 1999-cu il təvəllüdlü C.Cəfərov, 2005-ci il təvəllüdlü T.Cəfərova və 2024-cü il təvəllüdlü F.Cəfərovdur.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.
Fakt araşdırılır.
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO












