Toya gedən şəxs döyüləndən 9 gün sonra ölüb - VİDEO

Cəlilabad rayonu Həziabad kənd sakini 41 yaşlı Qənbər Yusubov döyülərək öldürülüb.
Avtosfer.az xəbər verir ki, hadisə Masallının Alvadı kəndində keçirilən toy məclisindən sonra baş verib.
Məlumata görə, mərhum həmkəndliləri ilə birgə məclisdə spirtli içki qəbul edib. Daha sonra naməlum səbəbdən həmkəndlilər arasında mübahisə düşüb. Nəticədə o, 2 qardaş tərəfindən döyülüb.
Q.Yusubovun bacısı Allahyarova bildirib ki, qardaşı toyda olarkən çölə çıxıb və orada mübahisə edib:
“Qardaşımı onlardan biri başı ilə vurub, yıxılıb yerə. Yıxılandan sonra qardaşımın başını yerə çırpıb. Sonra o biri oğlan daşı götürüb qardaşımın başına vurmaq istəyəndə əlindən alıblar. Gördüm ki, qardaşım yaman gündədir. Üzü-gözü şiş idi, görmürdü. Dedim xəstəxanadan çıxma, həkim nəzarətində qal”.
Mayın 28-də döyülən şəxs əraziyə yaxın olan Masallı Rayon Xəstəxanasına çatdırılıb. Ağır bədən xəsarətləri alan şəxs sonradan müalicədən imtina edərək evə qayıdıb. Bir neçə gündən sonra vəziyyəti pisləşib və iyunun 5-də Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq Qənbər Yusubov xəstəxanada ölüb. Hadisədən sonra Cəlilabad Rayon Polis Şöbəsinin keçirdiyi əməliyyatla rayonun Həziabad kənd sakini 22 yaşlı Babək Şahmarov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib. Baş vermiş hadisə ilə bağlı istintaq davam etdirilir.
Daha ətraflı REAL TV-nin hazırladığı süjetdə:
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












