Toyda mahnı üstündə dava: Müğənni və qardaşı saxlanıldı - FOTO

Ağdaşda toyda musiqiçilərlə qonaq arasında insident olub.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə iyunun 10-da axşam saatlarında rayonun Yuxarı Qəsil kəndində yerləşən “Ağ Saray” şadlıq sarayında qeydə alınıb.
Belə ki, toydakı dava zamanı xəsarət alan 1961-ci il təvəllüdlü Namis Hüseynov xəstəxanaya yerləşdirilib. Onun xəsarətlərinin dərəcəsinin müəyyən olunması məqsədilə ekspertiza təyin edilib.
Məlum olub ki, N.Hüseynov toyda mahnı sifarişi üstündə 1989-cu il təvəllüdlü müğənni Orxan Hüseynov və onun rəhbərlik etdiyi “Bəyoğlan” ansamblında yer alan 1987-ci təvəllüdlü qardaşı Tural tərəfindən döyülüb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan cavab olaraq bildirilib ki, zərərçəkmişin xəsarəti ilə bağlı müvafiq ekspertiza təyin olunub, əməli törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb.
Faktla bağlı ərazi üzrə polis orqanında istintaq araşdırmaları aparılır.

Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












