Toyda oğurladığı telefonla "WhatsApp"da dələduzluq edən şəxs həbs olundu

Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən "Ağ Saray" şadlıq sarayında toy zamanı oğurluq edən şəxs həbs olunub.
Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, 2002-ci il təvəllüdlü C.F. saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilib. İşə məhkəmədə baxılıb.
Məlum olub ki, təqsirləndirilən şəxs "Ağ Saray"da toyda olan zaman masanın üzərindən Əlihüseyn Kərimova məxsus "Honor" markalı mobil telefonu oğurlayıb və qaldığı hostelə gedib. O, həmin telefonun "WhatsApp" tətbiqinə daxil olub, sahibinin adından borc pul istəyib, öz kartına 230 manat pul göndərtdirib.
Bundan sonra telefonu sındıraraq atıb. C.F. ələ keçirdiyi pulu şəxsi ehtiyacları üçün xərcləyib və ümumilikdə zərərçəkmişə 500 manatdan artıq ziyan vurub.
Məhkəmənin hökmü ilə C.F. İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 23 gün müddətinə həbs edilib.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












