Tufandağa istirahətə gedənlər dağ kosteri xəttində qaldı; heç kim kömək etmədi - VİDEO

Havaların soyuması ilə Azərbaycanda qış turizmi mövsümü aktivləşib. Lakin bəzi istirahət mərkəzlərində təhlükəsizliklə bağlı problemlər turistlərin narazılığına səbəb olur.
Avtosfer.az xəbər verir ki, “Tufandağ” Qış-Yay Turizm Kompleksinə istirahət məqsədilə gələn turistlər dağ kosteri yolunda uzun müddət qalıblar. Hadisə zamanı dağ kosterinin hərəkəti dayanıb və yerli turistlər soyuq hava şəraitində kömək gözləmək məcburiyyətində qalıblar.
Turistlər baş verənləri sosial şəbəkə hesablarında paylaşaraq, uzun müddət ərzində heç kimin onlara yaxınlaşmadığını, hələ də gözlədiklərini bildiriblər. Paylaşımlarda dağ kosterinin yolunda texniki nasazlıq olduğu, lakin operativ müdaxilənin gecikdiyi iddia olunur.
Qeyd edək ki, oxşar hadisə təxminən bir həftə əvvəl də baş verib. Həmin vaxt da turistlərin saatlarla dağ kosteri yolunda, aşağı temperaturda qaldığı bildirilmişdi. Bu isə dağ kosteri xətlərinin texniki vəziyyəti və təhlükəsizlik tədbirlərinin yetərli olub-olmaması ilə bağlı suallar yaradır.
Məsələ qış turizmi mövsümünün ən aktiv dövründə istirahət mərkəzlərində texniki baxışların vaxtında aparılmasının və fövqəladə hallara çevik reaksiya mexanizmlərinin vacibliyini bir daha gündəmə gətirir.
Eltac Zülfüqaroğlu
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












