Turist yol polisinə bıçaqla hücum etdi; qaçarkən ayağından vuruldu – VİDEO

İstanbulun Fatih rayonunda yol polisi bıçaqlı hücuma məruz qalıb.
Avtosfer.az xəbər verir ki, hadisə saat 17:00 radələrində Aksaray məhəlləsində baş verib. Məlumata görə, ərazidə xidmət aparan yol polisinin yanına sual vermək bəhanəsi ilə yaxınlaşan şəxs qəfil ona bıçaqla hücum edib.
Polis əməkdaşı son anda geri çəkilərək hücumdan yayınıb. Daha sonra “dayan” əmrinə tabe olmayan şübhəli qaçmağa başlayıb. Polis əməkdaşı onun ayağına atəş açaraq hərəkətini məhdudlaşdırıb. Yaralanmasına baxmayaraq qaçmağa davam edən şübhəli təqib nəticəsində saxlanılıb.
Polis tərəfindən saxlanılan şəxsin xarici ölkə vətəndaşı olduğu müəyyənləşdirilib. Onun üzərində aparılan axtarış zamanı müəyyən miqdarda narkotik vasitə də aşkarlanıb.
Bıçaqlı hücum anı polis avtomobilinin kamerası tərəfindən qeydə alınıb.
Eltac Zülfüqaroğlu
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












