Türkiyə bu hadisədən danışır - Vəzifəli şəxsin qaçırılma anı - VİDEO

Türkiyədə iyunun 17-si İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) mədəniyyət şirkətinin baş direktor müavini Erhan Karaal qaçırılıb.
Avtosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, bu gün Tuzlada yerləşən tikinti sahəsində, prefabrik konstruksiyalar zavodunda əlləri bağlı şəkildə tapılıb.
Karaalın İstanbulun Maltepe bələdiyyəsində evinin qarşısından qaçırılması ilə bağlı başladılan istintaq çərçivəsində 8 nəfər saxlanılıb.
Saxlanılan şəxslərdən biri əvvəllər çalışdığı yerdən çıxarılan şəxs, ikisi isə əvvəllər İBB ilə əməkdaşlıq edən podratçı şirkətin 2 əməkdaşı olub. Həmin şəxslərin Yerebatan Sarnıcının Mədəniyyət Nazirliyinə verilməsindən sonra tender ala bilmədiyi və yeni tenderlərin verilməsi üçün Erhan Karaala təzyiq etdiyi müəyyən olunub.
Bundan başqa, E.Karaalın qaçırılmasının təhlükəsizlik kamerası vasitəsilə çəkilmiş görüntüləri ortaya çıxıb. Görüntülərdə 3 nəfərin onun qarşısını kəsdiyi, qollarından tutub zorla avtomobilə mindirdiyi görünür.
Sözügedən video Türkiyə gündəmini zəbt edib.

"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












